“Votford”un baş məşqçisi Naycel Pirson istefaya göndərilib.
Sona iki tur qalmış klub turnir cədvəlində 34 xalla 17-ci pillədə qərarlaşıb. Maraqlıdır ki, qarşıdakı iki turda “düşmə zonası”nda olan komanda “Mançester Siti” və “Arsenal”la qarşılaşacaq. Yeri gəlmişkən, “Votford” rəhbərliyi bu mövsüm artıq 3-cü dəfə məşqçisini istefaya göndərir. Pirsona qədər Xavyer Qrasiya və Kike Flores də komandadan göndərilmişdi.